Təsisçi və rəhbərin bloqu
Mənim dəvətimlə,9-13 noyabr 2018-ci il tarixində dünya şöhrətli tədqiqatçı, GLO-nun prezidenti, Birləşmiş Millətlər Universiteti və Maastrix Universiteti tərəfindən təsis edilən Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin direktoru, Bonn Universitetinin professoru, bir çox məşhur universitetlərin fəxri doktoru, dostum və tərəfdaşım Prof. Dr. Klaus Zimmermann Bakıda səfərdə olmuşdur. Professor Bakıda ilk dəfə idi. Hörmətli qonağımın Bakı haqqında, Azərbaycan haqqında gerçək məlumatlanmasını, sosial və iqtisadi islahatlar sahəsində dəyərli tövsiyələri ilə faydalı olmasını və effektiv əməkdaşlığın perspektivlərini göstərməsini hədəfləmişdim.
Cənab Zimmermann çox məşğul bir adamdır, onun gündəlik proqramı saatbasat təyin olunur . Mən çox şadam ki, cox çətin iş cədvəlinə baxmayaraq,o, qısamüddətli məzuniyyətini qurban verdi və Bakıya təşrif buyurdu. Çində və Hong Kongda sıx bir iş səfərində idi və gizlətmək istədiyinə baxmayaraq ,gözlərindəki yorğunluq məlum olurdu.
Onun üçün zəngin bir proqram hazırladım, bunu etiraf edirəm ki, təəssüflənmirəm. Düşünürəm ki, dostum məndən inçiməyib , çünki, mənim ölkəm, insanlıq və dünyanın rifahı üçün cəhd etdiyimi bilir.Klaus kimi insanlar bir millətə aid deyillər, onlar bütün Yer kürəsinə aiddirlər.
Proqramın həyata keçirilməsində mərkəzi missiya 1-ci Vitse-Prezident Katibliyi tərəfindən yerinə yetirilmişdi, cənab Zimmermann və mən onlara minnətdariq.
İlk iki gün Klaus Bakının görməli yerləri, Azərbaycanın qədim tarixi, Azərbaycanın milli mətbəxi ilə tanış oldu. Mən dürüst, açıq-aşkar, səmimiyyətlə Bakını təqdim etməyə çalışdım. Xoşbəxtlikdən, qürur duyacağımız bir şey var. Cənab Prezidentin rəhbərliyi altında, 1-ci Vitse-Prezidentin həssas sevgisi və yaradıcı düşüncəsi ilə Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Ölkə bir milyon qaçqın və məcburi köçkünə baxmayaraq, ümumiyyətlə ,xoşbəxt yaşayır . Dörd gün ortaq axşam yeməyimiz üçün ziyarət etdiyimiz bütün restoranlar dolu idi, yuxarıda göstərildiyi kimi, qəsdən restoran seçməmişdim, xüsusilə, hörmətli bir dostun qarşısında imitasiya mənim xarakterimdə deyil. Klausda ailəvi ziyafətlər və iaşə obyektlərində çox sayda qadının varlığını görmək xoş təəssürat yaratdı. Gender məsələsində müvəffəqiyyətin göstəricisi deyil mi? Azərbaycanın Şərqdə üstləndiyi tarixi və mədəni rolu cənab Professora izah etmişdim. İndi bu rol Avropaya inteqrasiya ilə uğurla tamamlanır. Neft və qaz, ölkəmizin mədəniyyəti müasir inteqrasiyanın əsas elementləri halına gəlir. İnsan kapitalının amili, iqtisadiyyatın şaxələndirilməsi və onun sosial vəziyyəti cənab Prezidentin strateji siyasətini müəyyən edən istiqamətlərdir.
Növbəti iki gün görüşlər üçün ayrılmışdı. Fürsətdən istifadə edərək,bizi qəbul edən hər kəsə təşəkkür edirəm. Əminəm ki, hörmətli professor da şükranlarıma qoşulacaq. Bütün görüşlər isti və konstruktiv idi. Amma səmərəliliyi baxımından, birinci vitse-prezidentin assistentləri ilə və əlbəttə ki, ADA Universitetinin rektoru Professor, səfir cənab H. Paşayevlə onun gənc ,yaradıcı menecerlərin iştirakı ilə keçirdiyimiz görüşlər xüsusi yerə qoyulmalıdır. Bu görüşlərdə qarşılıqlı öyrənmə, zənginləşmə və əməkdaşlıq yollarını tapmaga konkret maraq vardı. Bu görüşlərdə qonağın miqrasiya və məşğulluq sahəsində zəngin təcrübəsindən doğan məlumatları,şərhivə tövsiyələri qarşı tərəfdən razılıqla qarşılandı.
Dünya dəyişir və dinamik şəkildə dəyişir. Bəzən mənə elə gəlir ki,sərhədlər dünyanın coğrafi xəritəsi nin monoton görünməməsi üçün mövcuddurlar.Əslində dünya bir-birinə bağlıdır və qlobaldır. Buna görə, biz mövcud tendensiyalar və çətinliklərdən xəbərdar olmalıyıq. Bununla əlaqədar olaraq Prof. Dr. Ziemermannın səfəri ni uğurlu və ümidverici qəbul etmək olar.