İnstitutu niyə təsis elədik?

İnstitutu niyə təsis elədik?


Təsisçidən
Ekspert rəyinin iqtisadi dəyişikliklərin əhəmiyyətli amilinə çevrilməsi çağadaş dünyanın mühüm meylidir.
Alimlər və analitiklər bu gün yalnız intellektual məhsul yaradan ekspertlər simasında çıxış etmirlər,həm də yeni gercəkliyin konstruksiyasının iştirakçısı olurlar.
İdarəetmə məsələlərinin mürəkkəbləşməsi, müxtəlif mənbələrdən daxil olan məlumat axınları səbəbindən onların yüksək dinamikliyi, dünya sistemində tələbat strukturunun,maliyyə-iqtisadi vəziyyətin çevik və sürətlə dəyişməsi ekspert biliklərinə və tətqiqatlarına tələbatı artırır.
Pensilvaniya Universitetinin professoru cənab J.McGann analitik strukturların artımının bir neçə əsas səbəbini göstərmişdir:
Iqtisadi və texnoloji inqilab, anlaşıqlı formada və vaxtında çatdırılan məlumata tələbat.
(Mc Gann J.G 2014 Global go think thank report, p.11)
Qloballaşdırma şəraitində ekspert institutları, mərkəzləri, həmçinin digər qeyri-hökümət təşkilatları, beynəlxalq təsisatlar və ya sahibkarlıq subyektləri bir birlərilə çox saylı iranssərhəd bağlarla birləşiblər ki, bu da dəyərli istiqamətlərin əxz olunma prosesini yüngülləşdirir.
Biz arzu edirik:
- qlobal iqtisadi problemlərin həlli yollarını arayan ideya və konsepsiyaları istehsal etmək;
- Planetin, regionun,ölkənin iqtisadi həyatına dəlalət edən qəbul olunmuş qərarların və layihələrin ekspertizası;
- Iqtidara məsləhət-məlumat xidməti göstərmək,təklif və tövsiyələr hazırlamaq;
- Ölkənin iqtisadiyyatına və investisiya cəzbediciliyinə birbaşa təsir edən normativ aktların hazırlanmasında fəal iştirak etmək;
- Dünyada cərəyan edən iqtisadi prosesləri öyrənmək və ölkənin iqtisadi həyatına təsir edən amilləri şərh etmək;
- Qlobal proseslərə ağrısız inteqrasiyaya yardım etmək;
- Ölkənin iqtisadi nailiyyətləri, layihələri, perspektiv proqramları haqqında məlumatları paylaşmaq;
- Sahibkarların müasir dünyəvi iqtisadi proseslərə adaptasiyasına yardım etmək.

İnstitutun məram və hədəflərini həyata keçirmək üçün fəaliyyət strategiyası

-müvafiq dövlət qurumları ilə əməkdaşlıq etmək;

-anket sorğuları keçirmək;

-dünyada cərəyan edən proseslərə çevik reaksiya vermək üçün prestijli beyin mərkəzlərilə və mütəxəssislərlə əməkdaşlıq etmək, disputlar, konfranslar, forumlar təşkil etmək;

Beynəlxalq və yerli media vasitələrində şərhlərlə, təşəbbüslərlə cıxış etmək