Günün iqtisadi güzgüsü,şərhlər

Qlobal Eko-İqtisadi Problemlər İnstitutunun fəaliyyəti barədə son xəbərləri məlumatlandırırıq.


 İnstitutun təsisçisi və sədri Natiq Şirinzadə Berlin şəhərində keçirilən Avrasiya Biznes və İqtisadi Cəmiyyət Konfransında iştirak etdi. Konfrans 23-25 may tarixlərində 3 gün davam etdi. Konfransın ikinci günündə Natiq müəllim miqrantların mövzusu və iqtisadiyyata olan təsirləri haqqında yeni bir məqaləni təqdim etdi. N.Şirinzadə "Qloballaşma dövründə ölkələr daxilində və ölkələr arasında miqrasiya və social hərəkətlilik və onun iqtisadi nəticələri" mövzusunda məruzə ilə çıxış etdi, Azərbaycan-Ermənistan münaqişəsinin nümunəsində yaranan situasiyanı faktlarla təhlil etdi. Həmçinin Natiq müəllimin Qlobal ƏməkTəşkilatının təsisçisi və prezideti Klaus Zimmerman ilə görüşü və canlı ünsiyyəti təşkilatlar arasında perspektiv əməkdaşlıq imkanlarını araşdırmağa fürsət verdi. Konfrans yüksək səviyyədə keçdi, vaxtımızın ən actual problemləri müzakirə olundu, mövcud olan sosial problemlərin maraqlı çözümləri təklif edildi, biz özümüz üçün çoxlu, yeni ideyalar əldə etdik.