Günün iqtisadi güzgüsü,şərhlər

Günün iqtisadi güzgüsü


Qlobal İqtisadi Problemlər İnstitutunun fəaliyyəti barədə son xəbərləri məlumatlandırırıq. İnstitutun təsisçisi və sədri Natiq Şirinzadə Paris şəhərində keçirilən, Reinventing Bretton Woods Komitəsi tərəfindən təşkil edilən Qitələrin Dialoqu Forumunda iştirak etdi. Forum 3-5 sentyabr tarixlərində 3 gün davam etdi. Forumda dünyanı narahat edən bir sıra problemlər müzakirə olunmuşdur.Gələcək dünya düzəninin qurulması və hansı dəyişiklillərin baş verəcəyini təxmin edən mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Veb saytımızda  bu forumdakı bütün materialları (təqdimatlar və hesabatlar), eləcə də foto materialları yerləşdirəcəyik. Bütün bunları Tədbirlər bölməsində tapa bilərsiniz.