Günün iqtisadi güzgüsü,şərhlər

GLO-nun prezidenti Klaus Zimmermannın Bakıya səfəri.


Qlobal İqtisadi Problemlər İnstitutunun təsisçisi və sədri Natiq Şirinzadənin dəvəti ilə 9 -14 noyabr 2018-ci il tarixində görkəmli iqtisadçı, Qlobal Əmək Təşkilatının təsisçisi və prezidenti ,Bonn Universitetinin professoru Dr. Klaus F. Zimmermann Bakıda səfərdə olmuşdur.

Cənab professor bir sıra, o cümlədən  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Təhsil Nazirliyində ikitərəfli görüşlər keçirmiş, Respublika Parlamentinin İqtisadiyyat Komitəsinin sədri tərəfindən qəbul edilmiş, ADA Universitetində “Qlobal İqtisadi Dəyişiklər” mövzusunda cıxış etmiş  və mühazirə ətrafında ADA və UNEC  tələbə və müəllimlərini maraqlandıran sualları cavablandırmışdır. Səfər zamanı professor Zimmermana QİPİ-na Məsləhət Şurasına üzv olmasını təsdiq edən sertifikat təqdim edildi və əməkdaşlıq Memorandumu imzalandı.