Qloballaşma müasir dünya arenasında yeni faktor kimi ("Dünya Bugün" kitabından 7-ci fəsil)
Qloballaşma - Ulrix Bek nəzəriyyəsi
Qloballaşma mexanizminin tətbiqi özündə təhlükə amilini ehtiva edir, yəni qloballaşmanın siyasəti milli-dövlət məhdudiyyətlərindən xilas olmağa fokuslanıb , o, milli-dövlət siyasətinin zəifləməsi məqsədi daşıyır.
Son nəticədə, dövlətə verilən vəzifələrin minimuma endirilməsi və dövlət aparatının gücünün azaldılması, açıq bazar arzusunun reallaşması - minimal bir dövlətin utopiyası haqqında danışırıq. Eyni zamanda, olduqca paradoksal bir şey baş verir: Qloballaşma çox vaxt milliləşdirməyə səbəb olmur.
Milli dövlət özü unitar dövlətdir və onun hakimiyyəti müəyyən bir yerlə əlaqədar sərhədlidir. Qloballaşma prosesində yaranan dünya cəmiyyəti yalnız iqtisadi sahədə deyil, bir çox sahələrdə zəifləyir, milli dövlətlərin gücünü şübhə altında qoyur. Bu milli-dövlət nüfuzunun hökm sürdüyü bütün mühüm sahələrdə özünü biruzə verir: Vergi siyasətində, hərbi təhlükəsizlik sahəsində, polis aparatının yüksək məmurlarında, xarici siyasətdə.
Qloballaşma, idarəetmə, informasiya, ekologiya, texnologiya, mədəniyyətlərarası münaqişələr və vətəndaş cəmiyyətində müxtəlif sahələrdə gündəlik fəaliyyətin sərhədlərinin məhv edilməsi deməkdir, bu da təcrübə ilə tanış, eyni zamanda anlaşılmaz, çətin bir proses deməkdir. Anlaşılan bir situasiya, qarşısıalınmaz qüvvə ilə gündəlik həyatımızı dəyişdirən və hamını bu dəyişikliklərə uyğunlaşmağa və cavab verməyə məcbur edən bir qüvvədir.
Hətta, hökümətlərin ölkələrinə buraxmaq istəmədiyi əşyalar, şəxslər və ideyalar (narkotiklər, qeyri-qanuni miqrantlar, insan hüquqlarının pozulması ilə bağlı tənqidlər) daxil olma yollarını tapır. Bu konsept daxilində-qloballaşma, məsafələrin ləğv edilməsini, həyatın arzu edilməyən və anlaşılmayan transmilli formalarını bildirir .
Məsafələrin ləğvi "yer kürəsində, prinsipcə dünyanın hansı nöqtəsindən asılı olmayaraq hər bir insana istədiyi yerdə yaşaya bilmə imkanını tanımasına səbəb olur. Müasir rabitə və hərəkət vasitələri sayəsində qloballaşma "çətinlik çəkmədən" həyata keçirilir.
Qloballaşma azad dünya ticarətinin təzahürüdür. İddia olunur ki, qloballaşmış iqtisadiyyat ən çox bütün dünyada rifah səviyyəsini qaldırmaq və bununla sosial sferada qeyri-qənaətbəxş vəziyyəti aradan qaldırmaq üçün yararlıdır. Deyilənə görə, hətta ətraf mühitin qorunmasında belə azad ticarət sayəsində irəliləyişə nail olmaq olar. Çünki rəqabət təzyiqi guya resurslara qarşı ehtiyatlı münasibətə imkan yaradır və təbiətlə nəzakətli davranmağa sövq edir.
‘’Açıq ticarət rəqabəti kəskinləşdirir və xərclərin azalmasına doğru aparır, son nəticədə hamı qələbə qazanır’’ iddiası olduqca əsassızdır. Xərclərin azalmasının iki növü mövcuddur: yüksək qənaətcilik (daha təkmilləşdirilmiş texnologiya, təşkilat və s.) və ya insana layiq əmək və istehsal şəraitinin pozulması.
Transmilli korporasiyalar qloballaşmanın mühüm amilidir.
Transmilli korporasiyaların bütün tarixi, biznesin ən yaxşı növünün bazarda fəaliyyət göstərən bu və ya digər şirkətləri deyil, milli hökumətlər vasitəsi ilə özlərini idarə etmələrinin danılmaz bir həqiqətidir.
Transmilli Şirkətlərin hökmranlığı, onların ictimai inkişafın əsas alətinə çevrilməsi, şirkətlərin strukturunda, bəşəriyyət üçün əsas inkişaf proseslərinə təsirin və texnologiyaların yayılmasında öz nüfuzunu göstərdi.
İnformasiya inqilabının başlaması ilə bazarın təkcə istehsal və satışı deyil, həm də məlumatların təmərküzləşməsi nəticəsində yaranan qeyri-kamillik də əsas əhəmiyyət kəsb etdi. Şüurun formalaşması texnologiyalarının yayılmasını, bazarın müxtəlif iştirakçıları üçün fərqli məlumatlar əldə etməsini ənənəvi inhisarçılıqdan daha mükəmməl olmayan bir amil halına gətirdi.
TMK-lər texnologiyaların ötürülməsindən qaçmaq üçün maksimum səy göstərirlər, çünki məhz texnologiya qabiliyyəti (miqyaslı təsiri ilə yanaşı beynəlxalq əmək bölgüsünü korporasiyanın içərisinə aparmaq imkanı verən) rəqabət qabiliyyətinin əsas amilidir. Məhz bunlar (bir sıra "lisenziyalaşdırılan" malların, dəhşətli inhisar qiymət artımı ilə yanaşı ilk növbədə kompüter proqramları həmçinin audio, video, rəqəmli yazılar) bir çox şeydə Transmilli Korporasiyaların intellektual mülkiyyətin qorunması məsələlərinə verdiyi əhəmiyyəti izah edir.
Texnologiya müdafiəsinin əsas mexanizmlərindən biri də patentləşdirmədir. Transmilli Korporasiyalara patent müdafiəsini verən ölkə avtomatik olaraq öz şəxsi şirkətlərini daha ucuz məhsul və texnologiyaları idxal etmək imkanından məhrum edir və xüsusən də – istehsalda patentlənmiş texnologiyadan istifadə etməyə icazə vermir.
Qloballaşma, (xüsusilə inkişaf etməmiş cəmiyyətlər üçün) çoxsaylı problemlər yaradaraq, eyni zamanda onlara çoxsaylı imkanlar verir. Hər bir cəmiyyət, onlardan özünəməxsus şəkildə istifadə etməyə çalışsa, öz lokal xüsusiyyətlərindən daha səmərəli istifadə edəcək.Qlobal rəqabətdə fəal iştirak edən əsas mədəniyyətlər – ABŞ, Çin və İslam Dünyasıdır. İqtisadi cəhətdən əhəmiyyətli Avropa və Yaponiya (Cənub-Şərqi Asiyanın nisbətən uğurlu ölkələri ilə birlikdə) hətta qeyri-iqtisadi çətinliklərə görə genişlənmə subyektləri kimi görülmür, lakin passivliyə və əsasən onlara təklif edilə biləcək və ya tətbiq edilə biləcək universal dəyərlərin olmaması üzündən ekspansiyanın subyektləriylə uzlaşmırlar.
QLOBALLAŞMA PROSESİNİN AMİLLƏRİ:
1. İqtisadi – iqtisadi fəaliyyətin təşkilati formaları ayrı-ayrı (fərdi) dövlətlərin hüdudlarından kənara çıxması və vahid iqtisadi məkanın formalaşmasına imkan yaradılması.
2. Siyasi – dövlət sərhədlərinin sərtliyinin yumşalması, vətəndaşların, malların, kapitalların, xidmətlərin hərəkət azadlığının asanlaşdırılması.
3. İstehsal-Texniki – istehsalın miqyasının kəskin artması, TMK yaradılması, malların və xidmətlərin sürətli yayılmasını təmin edən rabitə vasitələri və nəqliyyatın keyfiyyətli yeni səviyyəyə qaldırılması.
4. İnformasiya – ünsiyyət vasitələrinin kəskin dəyişikliyi, informasiya mübadiləsi.
5. Sosioloji – ənənəvi sosial əlaqələrin, adətlərin zəifləməsi, beynəlxalq miqrasiyanın ərazi, psixoloji, mənəvi münasibətlərində insanların hərəkətliliyinin artması.
6. Ekoloji – Dünya cəmiyyətinin ümumi maraqlarının birləşməsi, resurs və hərəkətlərin birləşməsini şərtləndirən qlobal ekoloji, enerji və digər problemlərin kəskinləşməsi təhlükəsinin insanlar tərəfindən dərk edilməsi.
Qloballaşma Prosesləri
İqtisadi qloballaşma – Dünya miqyasında ticarət, sənaye və maliyyə münasibətlərində ölkələrin qarşılıqlı asılılığının artmasına səbəb olan istehsal proseslərinin birləşməsidir. O, Transmilli Korporasiyaların (TMK), Dünya bankları, Beynəlxalq Valyuta Fondu ( BVF) təsirinin artmasında ifadə olunur.
Siyasi qloballaşma – beynəlxalq siyasi təşkilatların (NATO, ATƏT) və dünya proseslərində liderliyə cəhd edən dövlət (Avropa Birliyi, MDB) qruplarının təsirinin artmasında biruzə olunur.
Sosial inteqrasiya – miqrasiya, qarışıq nigahlar.
Mənəvi inteqrasiya – mədəniyyətin qloballaşmasıdır.
Neoliberal qloballaşma
Neoliberal qloballaşmanın alternativləri bütün dünyada mövcuddur. Onlar neoliberal hakim tendesiyanın (mainstream) müasir dünya iqtisadi, sosial və siyasi həyatın ayrılmaz bir hissəsi olurlar.
Lakin, neoliberal qloballaşmanın özü də dəyişir. Onu tədricən cəmiyyət, təbiət və insan üçün yeni, daha çox təhlükəli olan bir imperiyanın doğulma tendensiyası əvəz etməyə başlayır.
Bu, bizim istehlakçılar kimi davranışımıza da aiddir. Burada biz bazarda hökmranlıq edən qeyri-müstəqil subyekt- marketinqin yarı-kor, yarı-kar qulları (xüsusilə reklamın) oluruq və böyük korporasiyalar tərəfindən manipulyasiya edilirik. Bu bizim işçilər kimi davranışımıza da aiddir,- biz yalnız sərbəst şəkildə rəqabət bazarında öz işçi qüvvəmizi satmırıq, həmçinin öz şəxsi keyfiyyətlərimizi korporasiyalara təqdim edirik. Bundan əlavə, biz bu sistemə tabe edilmiş siyasi həyatın subyektləri kimi, siyasət texnologiyalarının köməyi ilə manipulyasiya edilmiş oyuncaqlar (marionetlər) oluruq.
"Azad rəqabət" və açıq sərhədlər kapitalı, yüksək texnologiyaları, hərbi gücü olan və beynəlxalq təşkilatlara nəzarət edən ölkələrə üçüncü və həmçinin ikinci dünya ilə rəqabət apara bilməsi üçün ideal (mükəmməl) mexanizmdir. Korporativ kapital irrasional olaraq (militarizm, maliyyə spekulyasiyaları, "istehlak cəmiyyəti", kütləvi mədəniyyət və s.) yüksək əmək məhsuldarlığının həddindən artıq məhdud potensialının çox hissəsini xərcləyərək qaçılmaz olaraq "periferiyanı" (ətrafı,çevrəni) saxlayır, hansı ki, bu tip beynəlxalq münasibətlərdə (əlaqələrdə) yoxsulluq və amansız hərbi münaqişələr öz mövcudiyyətini qoruyur.
Yaranma fəaliyyəti ölkə sərhədlərini keçən böyük transmilli korporasiyalar (şirkətlər) lokal şirkətlər olaraq qalır (ilk növbədə hüquq və mülkiyyət sistemlərinin mövcudluğu və kapital idarəçiliyi nəticəsində). Əgər onlar genişlənirsə, bunun üçün həmişə dövlətin aktiv (fəal) dəstəyi tələb olunur, lakin onlar məntiqsiz(və bəzən ona qarşı olan) dövlət siyasətində öz eskpansionist strategiyalarını müstəqil şəkildə inkişaf etdirmək üçün çox güclü olurlar. Buna görə də o, dövləti öz şəxsi strategiyasına tabe etməyə çalışır. İqtisadiyyata dövlətin müdaxiləsinə qarşı neoliberal müzakirələrin arxasında məhz bu məqsəd (hədəf) gizlənir – TMK maraqlarının müdafiəsini yeganə mümkün variant kimi şərtləndirmək. Onların tələb etdiyi "azadlıq" hər kəs üçün deyil. Bu mənada neoliberal müzakirələr tamamilə ideoloji və aldadıcıdır.
Uzun müddət ərzində müasir dünya sisteminin mərkəz və (periferiya) ətrafının müqayisəsi praktik olaraq sənayecə inkişaf etmiş və inkişaf etməmiş ölkələrin bölgüsündə eyni idi. Sosialist inqilabı (Rusiya, Çin) və ya azad olmanın formasını qəbul etmiş əyalət) üsyanı qütbləşmənin bu köhnə formasına çağırış etdi. Bu daimi danışıqların milli tənzimlənmə sistemlərinin, kollektiv ("Şimal – Cənub"), həmçinin beynəlxalq tənzimlənmə sistemlərinin (bu mənada çox mühüm rolu ticarət və inkişaf üzrə BMT-nin konfransı – YUNKAD oynadı) yaradılmasını bildirirdi. Bundan başqa, bu siyasət onlara müasir fəaliyyətin daha yüksək məhsuldarlığının (hərçənd və dünya bazarlarında həmişə "rəqabətli olmayan") verilməsi yolu ilə ‘’məhsuldarlığı aşağı olan əmək ehtiyatlarının ixtisara salınmasına yönəldilmişdir. Milli azadlıq hərəkatlarının qələbələrinin sayəsində möhkəmlənmiş sənayeləşmənin qeyri-ekvivalent nəticələri bir neçə əyalət ölkələrini ayırmağa (seçməyə) imkan verirdi. Hansılar ki, istehsalın lokal sistemini yaratmağı bacardı və sənayələri potensial olaraq qlobal kapitalizm çərçivəsində kiçik əyalətlərdə mümkün olmayan rəqabətə davamlı idi. Buna görə də, müasir əyalət kapitalizmi artıq sənayeləşmənin yoxluğunun sinonimi deyil.
Qloballaşma olmadan dünya
Qloballaşma – dövrümüzün üstünlük təşkil edən iqtisadi, strateji və siyasi gücüdür. Onun nəticələri və əlavə təsirləri sərvətin yaradılmasından iqlim dəyişikliyinə qədər hər yerdə yayılır. Qloballaşma istiqamətinin sərhədsiz gücə malik olduğu sirr deyil.
Hərçənd, bu başa çatmasa da hazırda dünya, tam qloballaşmadan regional iqtisadi dövlətlər ilə rəqabət aparan qloballaşmaya yumşaq keçid dövründədir. Yalnız keçən il bəzi hadisələr – Asiya İnfrastruktur İnvestisiya Bankının yaradılması, Ukrayna böhranının ətrafında beynəlxalq siyasi öhdəliklər, Yaponiyada Abenomics, Alibaba kimi Asiya şirkətlərinin artması və Mərkəzi Avropa Bankının fəal rol oynadığı Avropa iqtisadiyyatı qloballaşmadan kənarda başqa səciyyəli dünyanın yaranmasını göstərir.
Qloballaşmanın gələcəyi – üç ssenari
Ssenari 1: Qloballaşma davam edir
Birinci ssenaridə qloballaşma son 30 ildə bildiyimiz və anladığımız formada davam edir. Əslində, bu, dolların dünyanın xarici valyuta dövriyyəsi arasında öz rolunu oynadığını bildirir. Qərb transmilli korporasiyaları qlobal biznes-landşaftında üstünlük təşkil edir, beynəlxalq hüquq və institutların strukturu əvvəlki kimi Avropaya məxsus xarakter daşıyır.
İqtisadiyyatda makroiqtisadi dəyişiklik aşağı səviyyədədir, ticarət artır və internet iqtisadiyyatı sərhədlər vasitəsilə böyüyür. Sosial-siyasi cəhətdən əhəmiyyətli inkişaf, insan inkişafının daha da yaxşılaşması, "açıq cəmiyyət" ilə xarakterizə olunmasından səciyyələnir.
Ssenari 2: Çoxqütblü dünya
İkinci ssenari Asiya artımı və qlobal iqtisadiyyatı hərəkətə gətirən, üç sütuna – Amerika, Avropa və Asiyaya (Çinin rəhbərliyi altında) söykənən, sabitləşdirilmiş Avrozonanı nəzərdə tutur. Yeni dünya institutlarının (qurumlarının) inkişafı, həmçinin, "idarə olunan demokratiya" nın artımı və qanun aliliyinin daha regional versiyasının görüləcəyi gözlənilir.
Bu konseptdə miqrasiya, şəhərlərdə daha çox regional və lokal olur. Bundan əlavə regional maliyyə mərkəzləri artır, bank və maliyyə məsələləri yeni tərzdə inkişaf edir. Korporativ səviyyədə, bir çox hallarda qlobal transmilli korporasiyaları sıxışdıran, regional korporativ təşkilatların artması əhəmiyyətli dəyişikliklərdən biri olacaq.
Həmçinin, inkişaf etməkdə olan bazarların istehlakçı sinfində davamlı artım daha sabit və zəngin yerli iqtisadiyyatların yaranmasına gətirib çıxaracaq. İnsan kapitalının inkişafında qeyri-bərabər irəliləyişlərin görüləcəyi gözlənilir. Avropada AB (Avropa Birliyi) öz xarici genişlənməsini (ekspansiyasını) dayandırır və inkişaf edir.
Ssenari 3: Qloballaşmanın sonu
Üçüncü ssenari 1913-cü ildə qloballaşmanın təsirinin azalması və Birinci Dünya Müharibəsinin başlanğıcına çağıran daha qaranlıq, daha mənfi haldır.
Son bir neçə il ərzində dünyanın qlobal maliyyə böhranı və terror hücumları ilə zərər görməsinə baxmayaraq, bu hadisələr, ümumiyyətlə, ölkələr arasında daha çox əməkdaşlıq etməyə gətirib çıxardı.
Lakin qloballaşma üçün risk var və müşahidə üçün bir neçə sahələr göstərilir – ticarətə təsir edən iqtisadi tənəzzül (enmə) və ya borc, bərabərsizlik və ya immiqrasiyadan doğan problemlər , proteksionizmin artması, böyük dövlətlər arasında hərbi toqquşma, valyuta müharibələri, iqlim hadisəsi, qlobal korporasiyalara qarşı mənfi reaksiya.