Dünya iqtisadiyyatına dair tədqiqat və nəşrlər

Üçünçü dünya müharibəsinin səbəbi içməli su ola bilər


BMT-nin hesabatında deyilir:-“Dünya suyun kəmiyyət və keyfiyyəti baxımından daha ciddi problemlərlə üzləşir... Su ehtiyatları tükənir, bu da bəşəriyyətin təşəkkül tapdığı əsas təməllərdən birinin dayanıqlığını pozur (Bax:İçməli su ehtiyatlarının hərtərəfli qiymətləndirilməsi, BMT-nin hesabatı).”
Nəzərə alsaq ki, su dedikdə yalnız saf qaynağın deyil, həm də çirkab suyun məcmusu ehtiva edilir, onun istifadəsi həm səthdə, həm də torpağın altında çirklənmə dərəcəsindən asılı olaraq, məhdudlaşa bilər. Rəqəmlərin –yəni icməli su ehtiyatlarının həcminin və adambaşına istifadə edilən içməli suyun miqdarını müqayisəli təhlilini aparsaq, əslində fəlakətli durumun olmadığını görərik. Ancaq təəssüf ki, içməli suyun bütün mövcud imkanlarından tamamilə yararlanmaq olmur. Bəşəriyyətin içməli suya olan tələbatını ödəyən bərpa edilən mənbə nəhəng olsa da, yalnız onun ¼ hissəsinə il ərzində stabil mənbə kimi baxmaq olar. Digər hissə əsasən mövsumü xarakter daşıyır və iqlimdən çox asılıdır.
Doğrudur, bəndlərin tikilməsi ilə, su daşqınları zamanı stabil mənbə ehtiyatlarını qismən artırmaq olsa da, ancaq bu istiqamət də tamamilə mükəmməl sayıla bilməz.
Ölkə Prezidentinin digər sahələrdə olduğu kimi, içməli su təminatı ilə bağlı siyasəti də şaxələndirilmiş özülə söykənmiş və tələbatın təmin olunması uzaq mənbələrdən suyun nəql edilməsi və bəndlərin tikilməsi ilə su anbarlarının doldurulması kimi paralel vektorlar müəyyən edilmişdir.
Daha bir vektor-Xəzər suyunun şirinləşdirilməsi müvafiq strukturlar vasitəsilə uğurla öyrənilir.
Hal hazırda planetin əhalisi sürətli templə artır və içməli suya da tələbat təbii ki artır. www.countrymeters.com saytının cari ilin birinci yarımilliyinə müvafiq nəticələrinə görə, dünya əhalisi təxminən 7 milyard 300 milyona çatıb və illik artım təxminən 83 milyon nəfərdir. Göstəricilər müəyyən edir ki, içməli suya olan tələbat hər il 64 milyon kubmetr artır. Qeyd etmək lazımdır ki, planetin əhalisi üç dəfə artdığı halda, bu dövr ərzində içməli suyun istifadəsi 17 dəfə artıb.
Əgər adambaşına düşən içməli su tələbatı dəyişməzsə və təxmin edildiyi kimi, 2050-ci ildə əhalinin sayı 9 mlrd.nəfərə çatarsa, bəşəriyyət ildə 10200 kub.km içməli su istifadə edəcək ki, bu da dayanıqlı içməli su bazasının 82%-ini təşkil edəcəkdir. Əgər adambaşına su istehlakı artarsa, XXI əsrin sonuna dünyanı su aclığı gözləyir. Müşahidələrimiz göstərir ki, “Azərsu” ASC istifadə edilən suyun keyfiyyətinin yüksəldilməsi, əldə edilən mənbələrin artırılması istiqamətində Prezidentin qoyduğu vəzifələrə məsuliyyətlə yanaşır-su saygaclarının quraşdırılması ilə suyun istifadəsinə qənaət tədbirləri tətbiq edilir, su təmizləyici qurğuların inşasında son texnoloji yeniliklərə, innovasiyalara üstünlük verilir, su israfının qarşısını almaq üçün su boruları yenilənir. Bununla belə suyun təkrar istifadə edilməsi (cirkab sular içməli su əvəzinə tualetdə yaxud qazonların suvarilmasında istifadə edilə bilər), yağış suyundan daha səmərəli istifadə edilməsi (Tokio da binaların damlarında quraşdırılan 600-ə yaxın rezervuarlara bu havayı suyu toplayır, sonra duşxanalarda, havanın kondisionerləşməsində , yanğın söndürülməsində, bağçaların suvarılmasında istifadə edilir),landşaft dizaynında daha az su tələb edən, yerli iqlimə asan uyğunlaşan ağaç və bitkilərin əkilməsi,istehlakçıların maarifləndirilməsi istiqamətində görüləsi işlər çoxdur.

Natiq Şirinzadə
Qlobal İqtisadi Problemlər İnstitutunun İdarə Heyətinin sədri, fəlsəfə doktoru